<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>398</hymn_number>
<lyrics>[V1]
 Bütün dünya sənin olsa, hikmət, biliyin çox olsa,
 Əgər səndə sevgi yoxsa, olmaz onun dəyəri.
 Bütün malını paylasan yoxsula, fəqirə,
 Əgər səndə sevgi yoxsa, olmaz onun dəyəri.

[C1]
   Allahını bütün qəlblə sev, sev, sev,
   Qonşunu da özün kimi sev, sev, sev.

[V2]
 Bol verərəm sənə sevgi, İsa Məsih söylədi,
 Səndə varsa belə sevgi, sonsuz onun dəyəri.
 Allahı kim ararsa, tapılar Tanrı ona,
 Səndə varsa belə inam, sonsuz onun dəyəri.</lyrics>
<title>Bütün dünya sənin olsa,hikmət, biliyin çox olsa İL398</title>
</song>